
Anar TAĞIYEV,
jurnalist
Yusif Hacı Rüstəm oğlu o zamanlar Bakıda qoçu kimi tanınıb, Nargin adasından 200 Osmanlı əsirinin xilas edilməsində mühüm rol oynayıb və sonralar bulvarı süpürməyə məcbur edilib,
1866-cı ildə Sabunçuda anadan olan bu nüfuz sahibi Bakının xeyriyyəçi qoçularından biri idi. İribaşlı olduğuna görə, “Malbaş” ləqəbi ilə tanınan Yusif kasıblara dayaq duran, comərdliyi ilə seçilən bir şəxs kimi hörmət qazanıb. Birinci Dünya Müharibəsi illərində, o, Nargin adasında ağır şəraitdə saxlanılan 200-dən çox Osmanlı əsirinin gizli şəkildə qaçırılaraq, xilas edilməsində mühüm rol oynayıb.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra, “Malbaş Yusif” təqiblərə məruz qalıb. 1920-ci ilin avqustunda sovet təhlükəsizlik qurumunun sədri, “Altıbarmaq” ləqəbli Baba Əliyevin göstərişi ilə həbs edilib.
Onu alçaltmaq məqsədi ilə, əlinə süpürgə verərək, Dənizkənarı parkı süpürməyə məcbur ediblər. Bunui görən qardaşı Kəblə İbrahimin ürəyi partlayıb. “Malbaş Yusif” isə elə həmin ilin sentyabrında məhkəməsiz güllələnərək, öldürülüb.

araz.az xəbər portalı.