
1955-ci ilin oktyabr ayının 18-də Zərdab rayonunun Pərvanlı kəndində doğulan tanınmış jurnalist Surxay Hüseynli dünyasını dəyişib. Arazpress.com xəbər verir ki, mərhum uzun müddət xəstəlikdən əziyyət çəkib.
Qeyd edək ki, Surxay Hüseynl Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Mingəçevir işıqları”, “Ülfət” qəzetlərində çalışıb, “Azadlıq” qəzetində siyasət şöbəsinin müdiri, redaktor müavini, redaktorun birinci müavini vəzifələrini tutub. Dəyərli yazıları ilə məşhurlaşıb.
Milli azadlıq hərəkatında fəal iştirakı ilə tanınan Surxay Hüseynli 1992-1993-cü illərdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini olub. Vəzifə başında da haqqı nahaqqa qurban verməyib.
Böyük Allahımızdan həmkarımıza rəhmət diləyirik!
Səməndər QURBANOV
araz.az xəbər portalı.