10 noyabr 2026-cı ıl tarixində saat 19:00-da Azərbaycanlı ictimai-siyasi xadim, Vəhdət Partiyasının sədri, elmlər doktoru, yazıçı-publisist və tədqiqatçı Adəm İsmayıl Bakuvinin Heydər Əliyev Sarayında tanınmışlar və peşəkar yaradıcı heyət tərəfindən hazırlanan “Məşhər divanı” adlı möhtəşəm səhnə əsəri nümayiş olunacaq.

Tarix, şahidlər sussa da, bu tamaşada yaddaş söz alacaq, məhkəmə qurulacaq. Bu məhkəmədə Qorbaçovun, Vəzirovun, Andranikin, Zori Balayanın və Kim Kardaşyanın adları çəkiləcək. Onlarla yanaşı, xalqımızın yaddaşında iz qoymuş hadisələr, illərlə daşınan ağrılar və yarımçıq qalmış ömürlər də sorğu-sual olunacaq. Bu dəfə hökmü siz də eşidəcəksiniz.

Arazpress.com bildirir ki, bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaq. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.

Biletləri almağa tələsin — bilmədiyiniz çox müəmmalar sizə də məlum olsun.

araz.az xəbər portalı.