
“30 yaşlarında da fəxri ad almış jurnalistlərimiz olub. Bu yaxşıdır…
Lakin onlardan xeyli gec — 65 yaşda “Əməkdar jurnalist” adı ilə təltif olunmaq mənim günahım deyil. İllər boyu hörmətli cənab Prezidentin “arxasında işlər çevirərək” “Aydının adı gələndə Prezident əsəbləşir, o bizim düşmənimizdir” deyənlərin günahıdır… Bu gün fəxri ad almaqdan qat-qat artıq ona sevinirəm ki, hörmətli cənab Prezident o adamlara şapalaq vurdu, göstərdi ki, məndən zəhləsi getmir…”.
Arazpress.com bildirir ki, bu fikirləri “Bakı-Xəbər” qəzetinin Baş redaktoru, politoloq Aydın Quliyev özünün Facebook səhifəsində yazıb.
Aydın Quliyev daha sonra yazır:
“O adamlar unutdular ki, mənim dövlətçiliyə bağlılığım qırılmazdır, bütövdür, sınanılmazdır, orden, medal, fəxri adlar təmənnası ilə bağlı deyil…
Bunlar var, yoxdur, fərq etməz, Prezident İlham Əliyevin siyasəti bütöv və suveren dövlətçiliyimizin bərpasına və varlığına uyğun olduqca mənim bu siyasətin yolunda olacağıma kimsə şübhə etməsin…
Zaman keçdikcə kimin dost, kimin düşmən olduğu bir-bir aydınlaşır. Bir neçəsi hələ qalır, onlara da haqq etdikləri ifşa olunmaq damğası gec-tez vurulacaq. Mən dövlətçiliyin yanındayam, onlarınsa harada olduqlarının cəmiyyət üçün artıq fərqi yoxdur… Əsas odur ki, onlar getdilər…”.
MƏTLƏB
araz.az xəbər portalı.