
Vaxtılə Azərbaycan Beynəlxalq Universitetini yaradan və bu ad altında maxinasiyalar törədən Elşad Abdullayevin Azərbaycan Respublikasına gətirilməsi mütləq baş tutacaq. Birinci növbədə, bu, beynəlxalq qanunlar çərçivəsində öz həllini tapacaq.
Arazpress.com bildirir ki, Azərbaycan beynəlxalq hüquqa hörmətlə yanaşır, heç bir ölkənin cinayətkarları bizim ölkədə gizlədilmir. Ona görə də, vaxtilə ölkəmizdə cinayət törədən, bu gün gedib digər ölkələrə sığınanlar Azərbaycana təhvil veriləcəklər.
Məlumdur ki, Elşad Abdullayev və onun kimi başqa cinayətkarlar da Prokurorluğa çağırılıblar, lakin…
Heç kim məsuliyyətdən qaça bilməz. Elşad Abdullayev cinayət törədib, gedib haradasa gizlənə bilməz. O və onun kimi dələduzluq edənlər haqlı olaraq öz cəzalarını alacaqlar. Çünki qanun çərçivəsində Elşad Abdullayevin dələduzluq əməlləri və digər cinayətləri təsdiqlənib.
Birmənalı şəkildə Elşad Abdullayev ekstradisiya olunaraq, ölkəyə gətiriləcək və öz cəzasını mütləq çəkəcək…
araz.az xəbər portalı.