Mirzə Ələkbər Sabir adına Bülbülə qəsəbə Mədəniyyət evində Anım Günü ilə bağlı keçirilən tədbirə transgender müğənni dəvət olunub. Dəvət edilməsi azmış kimi, həmin transgender bir də azyaşlıların önündə ifa edib.

Ümumiyyətlə, bu kimi hallar son zamanlar artıb və qarşısı alınmazsa, ciddi mənfi tendensiyalara səbəb ola bilər. Xüsusilə belə şəxslərin sosial şəbəkələrdə özünə yer tapması və ya açılışlara, konsertlərə, eləcə də Anım Günü kimi xüsusi tədbirlərə cəlbi qəbuledilməzdir.

Bu kimi şəxslərin cins seçimi onların subyektiv qərarı ola bilər, lakin onların uşaq, yeniyetmə və gənclərlə təması heç bir halda normal qəbul edilə bilməz.

VİDEO:

https://www.facebook.com/share/v/14TKs5EjzYy/

Məsələyə dair hüquqi tədbirlər görülməlidir. Məsələn, Türkiyədə LGBT ilə bağlı yeni hüquqi tənzimləmələr olacaq:

1. Doğuşdan gələn bioloji cinsiyyətə zidd davranışlar sərgiləyən və ya belə davranışları açıq şəkildə təşviq edən, tərifləyən və ya təbliğ edən şəxslər 1 ildən 3 ilədək həbs cəzası ilə cəzalandırılacaq.

2. Eyni cinsdən olan şəxslərin nişan və ya toy mərasimi keçirməsi halında onlara 1 il 6 aydan 4 ilədək həbs cəzası veriləcək.

3. Cinsiyyət dəyişmə yaşı 25-ə qaldırılacaq. Əməliyyat yalnız “elmi cəhətdən zəruriliyi sübuta yetirildiyi” təqdirdə həyata keçirilə biləcək.

Bir-neçə il öncə Rusiyada da bənzər qanun qəbul edilmişdi. Azərbaycanda isə bu sahədə hüquqi tənzimləmələrə ehtiyac var!

Turan RZAYEV,
politoloq, globalinfo.az-ın siyasət yazarı.

araz.az xəbər portalı.