
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfəri ictimai-siyasi, humanitar tədbir kimi mühüm əhəmiyyət kəsb edir.
Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılış mərasimi Mehriban xanımın qlobal miqyaslı humanizminin növbəti təntənəsidir.
Mehriban xanımın və ailə üzvlərinin bu xoşməramlı aksiyaya qoşulması Azərbsaycanın humanitar diplomatiyasının Avropadakı qürurverici nümayişidir.
Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskualenin bəyan etdiyi kimi Mehriban Əliyeva uzun illərdir ki, dünya sivilizasiyasına dəyərli töhfələr verir, bəşəriyyətin mədəni intibahını zənginləşdirir.
Bu səfər, eyni zamanda, Azərbaycanın müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgə sülh, qarşılıqlı hörmət, tolerantlıq və harmoniya şəraitində yaşayan ən layiqli məkan olduğunu təsdiqlədi
Azərbaycanın Birinci vitse-prezidentinin Vatikana səfəri tərəflər arasında mehriban münasibətlərin daha da inkişafı, müasir reallıqlar fonunda yeni mərhələyə daxil olması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bir sözlə, Mehriban Əliyeva Heydər Əliyev Fondunun xoşməramlı humanizm misisyasında yeni bir səhifə açaraq öz xələfləri Leyla və Arzu Əliyevaların timsalında mədəni-humanitar hərəkatı daha da genişləndirir.
Əlievalar ailəsinin Müqəddəs humanizm hərəkatı dünya mədəni irsinin qorunması və mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsinə səbəb olaraq, Azərbaycanın mədəni imicini də gücləndirir.
Ümumilikdə, Vatikan səfəri eyni zamanda, Azərbaycan qadının sülh carçısı kimi beynəlxalq ictimaiyyət qarşısında mövqeyinin möhkəmlənməsi, maddi və mənəvi dəyərlərin hamisi kimi fədakarlığını və mübarizliyin obrazı kimi yadda qalacaq.
Vaqif ABDULLAYEV,
siyasi elmlər doktoru, professor.
araz.az xəbər portalı.