
Rusiya qüvvələri Ukraynanın Odessa bölgəsindəki İzmail limanında lövbər salmış və təxminən 4000 ton maye qaz (LPG) daşıyan Türkiyənin ORINDA gəmisinə zərbə endirib.
Arazpress.com xəbər verir ki,zədələnmiş gəmidəki 16 heyət üzvü partlayış təhlükəsi səbəbindən təxliyə edilib.
Hücum dronla həyata keçirilib.
Partlayış təhlükəsi səbəbindən Rumıniyanın Plauru kəndinin sakinləri təxliyə edilib.
Hücumdan sonra şirkət açıqlama yaydı:
“Bütün heyətimizin sağlamlığı yaxşıdır. Hücumdan sonra gəmidə yanğın davam edir və lazımi müdaxilələr müvafiq yerli hakimiyyət orqanları və rəsmilərlə əlaqələndirilərək həyata keçirilir. Prioritetimiz heyətimizin təhlükəsizliyidir və inkişaflar ictimaiyyətlə paylaşılacaq”.
Orinda Shipping şirkətinin 9353 dwt tutumlu, 125 metrlik Orinda adlı maye qaz tankeri Türkiyə Beynəlxalq Gəmi Reyestrində qeydiyyata alınıb və 2023-cü ilin aprel ayında Türkiyə bayrağı altında sularda üzür.
Türkiyə Dənizçilik Baş Müdirliyi açıqlamasında heç bir itki və ya xəsarət alma olmadığını qeyd edib.

araz.az xəbər portalı.