ABŞ-nin paytaxtı Vaşinqtonda 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının püşkatma mərasimi baş tutub.

Arazpress.com xəbər verir ki, mundialın iştirakçı komandaları 12 qrupa bölünüb.

Tarixdə ilk dəfə 48 ölkənin yığmasının iştirak edəcəyi turnirin qrupları aşağıdakı kimidir:

A qrupu: Meksika, Cənubi Koreya, Cənubi Afrika, pley-off qalibi.

B qrupu: Kanada, İsveçrə, Qətər, pley-off qalibi.

C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti.

D qrupu: ABŞ, Avstraliya, Paraqvay, pley-off qalibi (Türkiyə, Rumıniya, Slovakiya və ya Kosovo)

E qrupu: Almaniya, Ekvador, Fil Dişi Sahili, Kyurasao.

F qrupu: Niderland, Yaponiya, Tunis, pley-off qalibi (Ukrayna, İsveç, Polşa və ya Albaniya)

G qrupu: Belçika, İran, Misir, Yeni Zelandiya.

H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo-Verde.

I qrupu: Fransa, Seneqal, Norveç, pley-off qalibi.

J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya.

K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, pley-off qalibi.

L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana.

Qeyd edək ki, dünya çempionatı 2026-cı ilin iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək.

araz.az xəbər portalı.