Filologiya fakültəsinin Dil və ədəbiyyat müəllimliyi (rus dili üzrə) ixtisasının RD2413B qrupunda Yeni il münasibətilə tədbir keçirilib.

Fakültədən Arazpress.com-a daxil olan məlumata görə, Qrupun fənn müəllimi dosent Larisa Kolesnikovanın rəhbərliyi ilə təşkil olunan tədbir çərçivəsində tələbələr tərəfindən maraqlı səhnəciklər, rəqslər və mahnılar təqdim olunması iştirakçılarda bayram əhval-ruhiyyəsi yaradıb.

Tədbirdə Filologiya fakültənin dekan müavinləri, eləcə də digər müəllimlər iştirak ediblər.

Keçirilən Yeni il tədbiri tələbələrin yaradıcılıq bacarıqlarının nümayişi baxımından yadda qalıb, səmimi və xoş anlarla yekunlaşıb.

araz.az xəbər portalı.