“İran xalqı bu dəfə qətiyyətlidir, ayətullah rejimini devirəcək”.

Arazpress.com Teleqraf-a istinadən xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının respublikaçı üzvü Keyt Self İranda davam edən etiraz aksiyaları haqda danışarkən deyib.

“İran xalqı hökuməti devirməkdə əvvəlkindən daha qətiyyətlidir, bu dəfə üstünlük onların əlindədir. İnanıram ki, bu dəfə xalq daha azad cəmiyyətə gətirib çıxaracaq bədəli ödəməyə hazırdır.

İranın dini liderlərinin günləri sayılıdır. Etirazçılar küçələri doldurarkən, ayətullahlar dəyişiklik vaxtının gəldiyini anlamalıdırlar”,– amerikalı senator bildirib.

ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri Mayk Flinn də o fikirdədir ki, baş verənlər İranda hakimiyyət dəyişikliyi ilə nəticələnəcək.

Siyasətçi İrandakı ümumxalq etirazlarını “son onilliklərdə baş verən ən fundamental geosiyasi transformasiya” adlandıraraq, xalqa uğurlar arzulayıb.

Flinn etirazların sonunda İranın Ali rəhbəri Əli Xameneinin Rusiyaya qaçacağını proqnozlaşdırıb: “Moskvaya son səfərinizi etməyin vaxtıdır”.

araz.az xəbər portalı.