İsrailin Baş naziri Benyamin Netanyahu İrandakı azərbaycanlılara müraciət edib. Arazpress.com xəbər verir ki, Baş nazir İranı zülmdən azad etməyin vaxtının çatdığını bildirib.

“Ayətullah rejimi 47 ildir ki, “İsrailə ölüm” və “Amerikaya ölüm” kimi şüarlar səsləndirir. Qanımızı töküb, saysız-hesabsız amerikalıları öldürüb və öz xalqına zülmlər edib. Bu qatil rejimin nüvə silahı əldə etməsinə icazə verilməməlidir, çünki bu silahlar bəşəriyyət üçün təhlükə yarada bilər” –  Netanyahu qeyd edib.

Baş nazir vurğulayıb ki, İrana hücum İran xalqının da taleyini həll edə bilər: “Birgə hücumumuz cəsarətli İran xalqının taleyini öz əlinə alması üçün şərait yaradacaq. İran xalqının bütün təbəqələrinin – farsların, azərbaycanlıların, kürdlərin, bəlucların və əhvazilərin özlərini zülmdən xilas edərək azad və sülhsevər İran yaratmalarının vaxtı gəlib çatıb”. Netanyahu İrana qarşı yeni əməliyyatı “şir nərəsi” adlandırıb.

araz.az xəbər portalı.