Yasamal sakinləri rayonda boş ərazilərin, səkilərin zəbt edilərək obyekt sahiblərinə satılmasından boğaza yığılıb. Sakinlər problemin Yasamal Rayon İcra Hakimiyyətindən qaynaqlandığını və ərazilərin satılmasını İH-in acgözlüyü adlandırırlar.

“Araz” bildirir ki, bu barədə ictimai fəal Fimar Asimqızı yazıb. Dəfələrlə Yasamal rayonundakı qeyri-qanuni tikililəri, piyada səkilərinin zəbtini ictimailəşdirən ictimai fəal bu problemin Yasamal İH başçısının sözünün kəsəri olmamasından qaynaqlandığını bildirir:

“Yeni Yasamalda ensiz səki bütünlükdə qanunsuz tikililərlə (əlimdə sənədlər də var) zəbt olunub. Səkini boşaltmağa, onu bazara çevirənlərə dövlət qurumlarının gücü çatmır. Bu bacarıqsızlıqdı, acgözlükdü, vicdansızlıqdı. Yeni Yasamalı sata-sata qazandığınız pullar burnunuzdan fitil-fitil gələcək”.

Qeyd edək ki, Yasamal rayon icra hakimiyyətinin başçısı Elşad Həsənovdur.

Qarşı tərəfi dinləməyə də hazırıq. /tribunainfo.az/

araz.az xəbər portalı.