
———— Vahid TAĞIYEV
Xeyli yaşım olmasına baxmayaraq, bu gün göy üzündə ilk dəfə bu səviyyədə möhtəşəmlik gördüm — ağappaq PAMBIQ BULUDLAR qarşısında uşaq kimi heyran qaldım. Hava elə sakit, elə gözəl idi ki, ətrafdakı o hüzurlu aura adamın ruhunu oxşayırdı…

Göy fonunda hərəkətsiz dayanan bu gözəlliyi günorta vaxtı bir saata qədər izlədim, 50-yə yaxın foto çəkdim. Həyat, ətrafımız həmişə gözəlliklərlə doludur… Yetər ki, nəfsə, nifrətə, gündəlik qaçhaqaca bir anlıq ara verib başımızı qaldıraq, göydəki və yerdəki gözəllikləri hiss edək…

Unutmayaq ki, qəlb gözəlliklərlə, məhəbbətlə, insani dəyərlərlə dolmasa, bu yaranan boşluğa pisliklər dolacaq. Gözəl qəlb insani münasibətləri, ünsiyyəti də gözəlləşdirir, hər peşədə uğurları da artır…
Çünki həyat baxmağı və görməyi bacaranda çox gözəl olur! Dəyərli insanların, əziz dostların da yolları hər zaman aydın, işıqlı, ruhları hüzurlu, göy üzü isə həmişə belə füsunkar olsun!

araz.az xəbər portalı.