
Tural İRFAN,
ilahiyyatçı alim və siyasi şərhçi
Qərmətilərin, Həşşaşilərin İslam aləmini ideoloji zəhərlə yanaşı narkotiklə də zəhərlədikləri haqda zaman-zaman yazmışıq. Səlcuqlu imperiyasına qarşı terror aktları törədən, əslən Qum şəhərindən olan fars Həsən Səbbah Hindistandan müxtəlif narkotik növləri gətirdərək Ələmut qalasında fədailər yetişdirib müsəlmanlara qarşı saysız terror aktları icra etdirirdi. O, narkotik çəkdirdiyi fədailərə Cənnət vəd edib, bu işi icra etdirirdi.
Fars şüubiyyəsinin əsas metodlarından olan narkotiklə təsir altına salma ideoloji yöndən təsir altında saldıqları bütün dövlətlərdə geniş istifadə olunmuşdur. 1-ci Təhmasibin oğlu 2-ci İsmayılı 19 il Qəhqəhə qalasında fars məmurlar məhz tiryək və həşişlə məhv etməyi nəzərdə tutaraq onda asılılıq yaratmışdılar. O da atası öldükdən sonra qaladan çıxıb məhz onu zəhərləyən, dövləti İslamdan və türk ənənələrindən uzaqlaşdıran şüubiyyəyə qarşı sərt mövqe tutdu, islahatlar aparmağa başladı. Nəhayət, qidasına artıq dozada narkotik qataraq onu da öldürdülər.
Məlum olduğu kimi, İran molla rejimi də, narkotiklərdən çox geniş istifadə edir. Hətta illər öncə səfirliyimizə hücum edərək terror hadisəsi törətmiş şəxsə də narkotik maddə verilərək, ora göndərildiyi haqda məlumatlar yayıldı. Mənfur ermənipərəst Əsəd rejiminin əli ilə Sasani molla rejimi bütün ərəb, İslam aləminə narkotik ixrac edirdi. Əsəd devriləndə Dəməşqdə İmam Əlinin qızı Seyyidə Zeynəbin türbəsinin altındakı tunel zirzəmilərdə Bəşşar Əsədin qardaşı, indi Moskvada gizlənən Mahir Əsədə məxsus narkotik istehsalı zavodu aşkar edilmişdi.
Bu videoda (linki aşağıdadır — red.) İran dəstəkli Yəmənin Husi separatçıları Məhəmməd peyğəmbərin doğum günü münasibətilə tədbir keçirirlər. Əslində, əlamətdar dini bayramlar adı altında ideoloji siyasi propaqanda aparırlar.
Tədbirə toplaşanların yanaqlarının şişməsinin səbəbi çeynədikləri, dünyada qadağan edilən narkotik Kat (khat) bitkisidir.
İnsanda həyəcan, hərəkətlilik və həddindən artıq oyanıqlıq hissi yaradaraq insan prixologoyasına güclü təsir edir, ciddi asılılıq yaradır.
Husilərdə kat sadəcə narkotik vasitə kimi deyil, sosial və mədəni həyatın bir hissəsi kimi qəbul olunur. Araşdırmalarda ölkədə istifadənin kişilər arasında 90%-ə, qadınlar arasında isə 50%-ə qədər yayıldığı bildirilir.
İran yönümlü Ənsarullah sayəsində ölkəyə tətbiq edilən sanksiyalar qarşısında xalq acından ölür, səfalət içindədir. Çox az münbit torpaqlarda da taxıl əvəzinə narkotik əkib gün ərzində tonlarla insanlara çeynədirlər ki, ayılmasınlar.
Tədbirdən sonra Husi hökuməti ehsan olaraq iştirakçılara kat narkotikini pulsuz paylayıb. Bu arada əlavə edək ki, Livanda Bəşər Əsədin əmisi oğlu Süleyman Hilal Əsəd də saxlanılıb.
Livan təhlükəsizlik qüvvələri Bekaa bölgəsində narkotik maddələrin saxlanıldığı ehtimal edilən anbara keçirilən reyd zamanı Suriyanın keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Süleyman Hilal Əsədi həbs edib.
KİV-in məlumatına görə, Dəməşq daha əvvəl onun ekstradisiyasını tələb edib. Hilal Əsəd qətllərdə və qaçaqmalçılıqda, narkotiklərin qanunsuz dövriyyəsində iştirakda ittiham olunur.
https://www.facebook.com/share/r/19mucZYzU3/
araz.az xəbər portalı.