
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfəri Ermənistan cəmiyyətində şok effekti yaradıb. Müxalifət, revanşist qüvvələrlə yanaşı, Paşinyan hakimiyyəti tərəfindən yersiz müdaxilələrə rast gəlirik. Ermənistan parlamentinin sədri Ruben Rubinyanın açıqlaması revanşistlərdən heç nə ilə fərqlənmir.
Sentyabrın 14-də parlamentdə 12-13 sentyabr 2022-ci il tarixlərində Azərbaycan sərhədində ordumuza qarşı təxribat törədərkən məhv edilmiş sepatçıların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi isə revanşizmin və qisasçılığın təzahürüdür. Erməni cəmiyyəti açıq şəkildə Azərbaycanın daxili işlərinə qarşır, hədlərini aşırlar.
Qarabağ Azərbaycanın suveren ərazisidir. Heç bir ölkənin, eləcə də Ermənistanın Azərbaycan ərazilərinə səfər edən xarici ölkə təmsilçisinə qarşı irad bildirməsi qəbuledilməzdir. Azərbaycan özü bilər, hansı ölkənin nümayəndəsini qəbul edir, səfərini təşkil edir və s.
Bu azmış kimi Ermənistan utanmadan hətta Qarabağdakı tarixi irsimizlə tanış olan xarici qonaqları aşağılayır. Belə hal dünyanın heç bir yerində görünməyən siyasi əxlaqsızlıqdır, beynəlxalq normalara qarşı çıxmaqdır, rasist yanaşmadır. İndiki Ermənistan ərazisinin böyük hissəsi qədim Azərbaycan torpaqlarıdır, Qərbi Azərbaycan camaatı min illər ərzində burada yaşayıb, zəngin mədəni irs yaradıb.
Ermənilər soydaşlarımızı öz torpaqlarından didərgin salıb, bu irsi darmadağın edib, tarixi yaşayış yerlərini özünüküləşdiriblər. Xarici ölkələrdən hər il yüzlərlə qonaq bizim doğma yerlərə səfər edir, müxtəlif işlər həyata keçirir və s.
Azərbaycan hökuməti buna heç vaxt müdaxilə etməyib. Əslində, bizim haqqımız var ki, Ermənistanın Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv edərək yerində zavod, turizm obyekti aşmasına etiraz edək. Görünən budur ki, biz səmimiyyət nümayiş etdirsək də, qapıları, yolları Ermənistanın üzünə açsaq da, yanacaq versək də, bu qaraçı millət öz xislətindən əl çəkən deyil.
İrəvan anlamalıdır ki, bu cür hallar sülh prosesinə zərbə endirir, etimadı azaldır. Bizim onlara borcumuz yoxdur, onların taleyi bizim əlimizdədir.
Vaqif ABDULLAYEV,
siyasi elmlər doktoru, professor
araz.az xəbər portalı.