
Məlum olduğu kimi, 2026-2027-ci tədris ilində ali və orta ixtisas məktəblərinə qəbul prosesi artıq yekunlaşıb. Arazpress.com bildirir ki, builki tələbə qəbulunda yüksək nəticə göstərən məktəblərdən biri də Bakı şəhərinin Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən Elçin Qaranzadə adına tam orta ümumtəhsil məktəbidir.
Buraxılış və qəbul imtahanlarından ümumilikdə 500-700 bal toplayan, eyni zamanda siniflər üzrə ali məktəblərə daxil olan abituriyentlərin sayına əsasən, yüksək statistik nəticələr qeydə alınıb. Eyni sininifdə təhsil alanların tələbə adı qazanmasının göstəricilərinə görə də məktəb üzrə rekord nəticə nəzərə çarpır.
Belə ki, 270 nömrəli tam orta ümumtəhsil məktəblərinin 11A sinifinin (sinif rəhbəri Ülviyyə Şahbazova) 25 şagirdindən 23 nəfəri Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanının nəticələrinə görə, ölkənin müxtəlif ali məktəblərinə qəbul olaraq, tələbə adı qazanıb. Onlardan 2 nəfər 600 baldan (Aytən Dadaşova, Banu Şahbazova), 2 nəfər isə 550 baldan yuxarı (Hüseyn Kazımov, Telli Ramazan) nəticə göstərib.
Qeyd edək ki, 270 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Namiq İbadovdur. /tendensiya.com/
araz.az xəbər portalı.