27 Sentyabr – Anım Günü ilə əlaqədar Veysəloğlu Şirkətlər Qrupunun rəhbərliyi Zəfər parkını ziyarət edib.

Arazpress.com şirkətin mətbuat xidmətinin məlumatına əsasən bildirir ki, ziyarət zamanı Zəfər abidəsinin önünə gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Şəhidlərimizin qəhrəmanlığı və fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacaq.

araz.az xəbər portalı.