Arazpress.com türk mediasına istinadən xəbər verir ki, işdən çıxarılan İBB Bələdiyyə Başçısı Əkrəm İmamoğlu və İmamoğlunun müşaviri Murat Ongunun saxlanılmasına etirazlar çoxalır. 

Buna baxmayaraq, məhkəmə İmamoğlu barədə qərarı yenə dəyişməyib. Məhkəmə Əkrəm İmamoğlu və Murat Ongunun etirazını rədd edib. İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı korrupsiya istintaqı isə davam edir.

Qeyd edək ki, İmamoğlu martın 19-u səhər saatlarında saxlanılıb. Hazırda o, Silivridəki Mərmərə həbsxanasındadır.

araz.az xəbər portalı.