
Jurnalist Səidə Vəliyeva özünün Facebook səhifəsində su problemi ilə bağlı şikayətini paylaşıb. Arazpress.com həmin şikayəti olduğu kimi dərc edir:
“Mən, ailəmlə birlikdə Sabunçu rayonundakı Zabrat – 2 qəsəbəsində, Sadiq Cəfərov küçəsi, ev, 18 ünvanında yaşayıram. Artıq bir aydan çoxdur evimizə normal su gəlmir. Su ya ümumiyyətlə olmur, ya da çox zəif təzyiqlə və qısa müddətə verilir. Mart ayından bəri məcburən evə su alırıq. Hə, düz eşitdiniz – su alırıq!
İsti suya həsrət qalmışıq. Gündəlik məişət işlərimizi belə çətinliklə görürük. “Qaynar xəttə” zəng edirik – yola verirlər. Mətbuat xidmətinə zəng edirik – cavab verən yoxdur. Bu nə dövrdür axı, bu nə zülmdür biz yaşayırıq?!
Bütün aidiyyatı qurumlardan xahiş edirəm, bu vəziyyətə son qoyulsun. Biz də normal insan kimi yaşamaq istəyirik. Bu etirazımı paylaşın ki, bəlkə bir cavab verən tapıldı! “.
araz.az xəbər portalı.