Arazpress.com bildirir ki, bu il Azərbaycan Tibb Universitetinin İctimai səhiyyə, Stomatologiya və Əczaçılıq fakültələri üzrə buraxılış sessiyasında Dövlət Buraxılış İmtahanları olmayacaq.

Gələn ildən etibarən Müalicə-profilaktika fakültəsinin tələbələri də adıçəkilən imtahanları verməyəcəklər.

Bütün fakültələrdə yeni formatda buraxılış imtahanları keçiriləcək. Yəni, tələbələr bilet çəkib, sual-cavabla imtahanlarını verəcəklər.

Nəzərdə tutulmuş 100 ballıq sistemin 50-si OSKİ, 50-si isə şifahi imtahanlar hesabına toplanacaq. Şifahi imtahan isə 2 mərhələdən – nəzəri və praktik hissədən ibarət olacaq.

araz.az xəbər portalı.