
Arazpress.com-a daxil olan məlumata görə, dünən Qərbi Azərbaycan İcmasında Qərbi Azərbaycan Kuboku II mini futbol turnirinin Təşkilat Komitəsinin iclası keçirilib.
Görüşdə, Qərbi Azərbaycan Kuboku mini-futbol turnirinin qaydaları və Əsasnaməsi ilə bağlı müzakirələr aparılıb və mövcud qaydalarda bəzi dəyişikliklər edilməsinə qərar verilib.
Qeyd olunub ki, Təşkilat Komitəsi turnirin yüksək səviyyədə keçirilməsi üçün bir sıra yenilikləri tətbiq etməyi planlaşdırır.
Məlumata görə, iştirakçılara və komanda rəhbərlərinə əlavə təlimatların təqdim ediləcəyi, eləcə də, bu il keçiriləcək turnirin daha rəqabətədavamlı və maraqlı olacağı bildirilib.
araz.az xəbər portalı.