
Son zamanlar ölkədə avtomobil qəzalarının sayı artır. Sürücülərin öz sağlamlıq vəziyyətlərinə ciddi yanaşmamasının hansı təhlükəli nəticələrə yol açdığı hər birimizə bir daha bəlli oldu.
Məlumdur ki, nəqliyyat vasitəsini idarə etmək yalnız texniki bilik və təcrübə ilə kifayətlənmir — bunun üçün həm də sürücünün fiziki və psixoloji cəhətdən tam sağlam olması zəruridir. Məhz bu səbəbdən Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş tibbi göstəricilər əsasında bəzi hallarda vətəndaşlara sürücülük vəsiqəsi verilməsi mümkünsüz hesab olunur.
Bəs, hansı xəstəliklərə və tibbi göstəricilərə sahib şəxslərə sürücülük vəsiqəsi verilmir?
Arazpress.com bildirir ki, mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Bizim.Media-ya danışıb.
“Səhiyyə Nazirliyi tərəfindən xüsusi qaydada tərtib olunmuş göstəricilərə aiddir:
psixi və davranış pozuntuları, sinir sisteminin xəstəlikləri, gözün və onun əlavə aparatının xəstəlikləri, tənəffüs, diabet, kəskin, böyrək çatışmamazlıqları, narkoloji durum və sair.
Bu xəstəliklər olduqda şəxslərə sürücülük vəsiqəsi verilmir. Vəsiqə almaq istəyən şəxslər – xüsusilə hər gün daha çox vətəndaşla çalışan taksi, avtobus sürücüləri müəyyən forma və normativlərə əməl etməlidirlər. Onlar mütləq qaydada tibbi yoxlanışdan keçməlidirlər”, — deyə, o, vurğulayıb.
araz.az xəbər portalı.