
“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının səhhəti ilə əlaqədar cəzadan azad edilməsi barədə ərizəyə 24 aprel saat 15.15-də Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə baxılacaq.
Mediada olan xəbərlərdə Əvəz Zeynallının ittiham edildiyi maddələrlə bağlı təhrif olunmuş məlumatlar yayılmaqdadır.
Arazpress.com qeyd edir ki, bu barədə Ə. Zeynallının vəkili Rəşad Əliyev bildirib.
O qeyd edib ki, Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 311.3.2, 311.3.3, 311.3.4 və 312-1.1 -ci maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib:
“Bakı Apellyasiya Məhkəməsi hökmdən verilmiş şikayəti təmin etməyib. Kassasiya şikayətinə əsasən isə Ali Məhkəmə ona qarşı irəli sürülmüş ittihamdan Qasımov Şahbaz Əli oğlundan 8.000 (səkkiz min) manat məbləğində rüşvət almasına dair epizodun və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsin in xaric edilməsi, həmçinin cəzasının 2 ay azaldılması barədə qərar verib. Hazırda Əvəz Zeynallı yalnız üç maddə – 311.3.3, 311.3.4, 312-1.1 maddələri ilə təqsirli bilinir”.
araz.az xəbər portalı.