
Almaniyada Olaf Şoltz hökumətinin “Tayfun” qırıcılarının Türkiyəyə satışına veto qoyduğu iddia edilib.
Arazpress.com xəbər verir ki, bu barədə məlumatı Türkiyə mediası yayıb.
Bu qərarın İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun korrupsiya istintaqı çərçivəsində həbsi ilə əlaqədar qəbul edildiyi bildirilib.
Qeyd edək ki, Almaniyada hazırkı hökumətin səlahiyyət müddəti rəsmən 15 gündən sonra başa çatır. “Tayfun”qırıcıları ilə bağlı dosye yeni koalisiya hökumətinin masasında olacaq.
“Tayfun” təyyarələri Almaniya, Böyük Britaniya, İtaliya və İspaniya konsorsiumu tərəfindən istehsal olunur. /axar.az/
araz.az xəbər portalı.