Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini İmran Məmmədov Bakıda ticarət mərkəzi tikdirib.
 
Arazpress.com Qlobal.az-a istinadən xəbər verir ki, İmran Məmmədovun ticarət mərkəzi Bakıda Ceyhun Hacıbəyli, 41A ünvanında yerləşir.

Obyekt 3 mərətəbli və mansardlıdır.

Obyektin ümumi sahəsi 300 kvadrat metrdən artıqdır.

Qeyd edək ki, bu ərazidə qeyri-yaşayış binalarının, ticarət obyektlərinin 1 kvadrat metrinin satış qiyməti 7 min manatdan başlayır.

Xatırladaq ki, İmran Məmmədov Naxçıvan şəhər icra hakimiyyətinin başçısının müavini olmaqla yanaşı, həm də İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiridir.

Cahandar LAÇINLI

araz.az xəbər portalı.