
Fransa prezidenti Emmanuel Makron 1915-ci il hadisələrinin ildönümü ilə bağlı qalmaqallı paylaşım edib.
Arazpress.com Musavat.com-a istinadən xəbər verir ki, 24 apreli qondarma “erməni soyqırımının milli anım günü” kimi xarakterizə edən Makron deyib:
“110 il əvvəl erməni soyqırımı başladı. Gəlin 24 aprel beynəlxalq anım günündə bütün qurbanları yad edək, xatirələrini təzə saxlayaq. İnsanlıq naminə, haqq və ədalət naminə fəaliyyətimizi davam etdirək”.
Qeyd edək ki, 2001-ci ildə 1915-ci il hadisələrini “soyqırım” kimi tanıyan ölkələr arasında Fransa da olub və 2019-cu ildə Makronun qərarı ilə 24 aprel Fransada “Erməni Soyqırımını Anma Günü” elan edilib.
araz.az xəbər portalı.