Azərbaycan Milli Xalça Muzeyində “Çempionların savaşı” turnirinin açılış mərasimi keçirilib.

Muzeyin Mətbuat Xidmətinin Arazpress.com-a daxil olan məlumatına görə, Bakıda Azərbaycan Şahmat Federasiyası (AŞF), Gənclər və İdman Nazirliyi, eləcə də Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə “Çempionların savaşı” turnirinin açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova şahmat üzrə belə mötəbər turnirin Xalça Muzeyində ilk dəfə keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib. Bildirib ki, şahmat çox qədim idman növü olmaqla yanaşı, yüksək zəka sahiblərinin oyunudur.
Daha sonra yarışın tanıtım videoçarxı nümayiş olunub.

Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov göstərilən dəstəyə görə Milli Xalça Muzeyinə və Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib.

Beynəlxalq Şahmat Federasiyasının prezidenti (FIDE) Arkadi Dvorkoviç iştirakçılara uğurlar arzulayıb və onların yarışdan zövq alacaqlarına inandığını söyləyib.

Ardınca AŞF tərəfindən FIDE prezidenti Arkadiy Dvorkoviçə və Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydına xatirə hədiyyəsi verilib.

Qeyd edək ki, “Çempionların savaşı” turniri aprelin 30-da yekunlaşacaq. Azərbaycanlı qrossmeyster Rauf Məmmədov özbəkistanlı Rüstəm Kasımcanovla, Günay Məmmədzadə dünya və Avropa çempionu Antoaneta Stefanova (Bolqarıstan) ilə üz-üzə gələcəklər.

araz.az xəbər portalı.