
Hindistan və Pakistan sərhədində silahlı atışma başlayıb. Arazpress.com xəbər verir ki, bu barədə “India Today” məlumat yayıb.
Məlumata görə, Pakistan ordusu Cammu və Kəşmirin Parqval sektorunda Cammu beynəlxalq sərhədi boyunca altıncı dəfə atəşkəs rejimini pozub.
Nəşrin qeyd etdiyi kimi, Pakistanın hərəkətləri Hindistan ordusunun sərt cavabına səbəb olub.
Sərhəddə atışma 22 aprel Pahalqam terrorundan sonra ölkələr arasında gərginliyin artması fonunda baş verib.
Pakistan mediası hələ ki, döyüşlər barədə nəsə bir məlumat verməyib.
araz.az xəbər portalı.