Azərbaycan çempionluğunu vaxtından əvvəl təmin etmiş “Qarabağ” yeni mövsümdə Çempionlar Liqasına I təsnifat mərhələsindən başlayacaq.

Arazpress.com xəbər verir ki, Ağdam təmsilçisi səpələnməmişlər arasında yer alacaq.

“Qarabağ”ın 14 potensial rəqibindən 9-u isə artq məlumdur. Bunlar “İnter” (Andorra), “Flora” (Estoniya), “Dinamo” (Minsk, Belarus), “Kayrat” (Qazaxıstan), “Differdanj” (Lüksemburq), “İberiya” (Gürcüstan), “Vikinqur” (Farer adaları), “Şelburn” (İrlandiya) və “Virtus”dur (San-Marino).

Hələ ki Malta, Albaniya və Şimali Makedoniyanın çempionları müəyyənləşməyib. Ermənistanın çempionu da bəlli deyil.

araz.az xəbər portalı.