
Rusiyada 2025-ci ildən etibarən sakinlərin mənzillərini itirmə halları genişlənib.
Arazpress.com xəbər verir ki, əsas risklər ipoteka və kommunal borclar, həmçinin mənzildən qeyri-qanuni istifadə ilə bağlıdır.
Əgər bir il ərzində üç ödəniş gecikdirilərsə, bank məhkəməyə müraciət edə və mənzil satışa çıxarıla bilər. Ailə tərkibi, – hətta uşaqlar və əlillər olsa belə, – çıxarılmanı əngəlləmir.
Kommunal borc: Altı ay ərzində ödəniş edilmədikdə, məhkəmə qərarı ilə mənzildən çıxarılma mümkündür. Əvəzində yalnız sosial kirayə ilə yataqxana otağı verilə bilər.
Qeyri-qanuni istifadə: Mənzil anbar, ofis və ya digər kommersiya məqsədilə istifadə olunursa və qonşular şikayət edirsə, ev məcburi satışa çıxarıla bilər.
araz.az xəbər portalı.