
Arazpress.com xəbər verir ki, dünən Bakıdakı “Badamdar Biznes & Residence Complex”in zalında Vəhdət Partiyasının növbədənkənar VI Qurultayı keçirilib. Qurultayda ölkənin rayonlarından seçilmiş 510 nəfər nümayəndə, 60 nəfərə yaxın qonaq iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gündəlikdə duran məsələlər üzrə çıxışlar zamanı bütün nümayəndələrə fikirlərini sərbəst və açıq ifadə etmək imkanı yaradılıb.
Qurultayın əsas qərarı ilə partiya sədri açıq səsvermə ilə seçilib və Adəm İsmayıl Bakuvi səs çoxluğu ilə, partiyanın yeni rehbəri seçilib. Yeni sədr Qurultay qarşısında öz siyasi platformasını və Vəhdət Partiyasının strateji hədəflərini təqdim edib.
Tədbirin sonunda Qurultay nümayəndələri Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevə müraciət qəbul ediblər. Bu müraciətdə dövlət başçısının apardığı siyasətə dəstək ifadə olunub və milli birliyə çağırış yer alıb.
Qurultay Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə yekunlaşıb.
araz.az xəbər portalı.