İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəkayi bəyan edib ki, İkinci Dünya Müharibəsi zamanı “məhz iranlılar Hitler təqiblərindən qaçmaq məcburiyyətində qalan yəhudiləri gizlədib və xilas ediblər”.

O bildirib ki, “Almaniya iki dünya müharibəsinin başlanmasına səbəb olub”“bir çox polyak və fransız qaçqınlara iran pasportu verilib, bu da kömək və humanizm ənənəsinin sübutudur”.

Fransa ünvanına sərt tənqid səsləndirən Bəkayi, İsrailin “İrandakı dinc nüvə obyektlərinə və yaşayış binalarına” endirdiyi zərbələri qınayıb. Onun fikrincə, bu cür hərəkətlər “beynəlxalq hüququ pozur”, Fransa prezidenti Emmanuel Makronun İranın nüvə proqramının “mahiyyətini təhrif etməyə cəhd etməsi isə ikiüzlülük və ikili standartların göstəricisidir”.

Bundan əvvəl Britaniya, Almaniya və Fransa liderləri birgə bəyanatda İranın nüvə proqramı ilə bağlı narahatlıqlarını bir daha ifadə etmiş, İsrailin özünü müdafiə etmək hüququnu təsdiqləmiş və bütün tərəfləri gərginliyin artmasından çəkinməyə çağırmışdılar.

Elçin ALIOĞLU.

araz.az xəbər portalı.