
İsrailin İrana hücumlarından sonra “Qüds” briqadasının komandanı, general İsmayıl Qaaninin taleyi ilə bağlı ziddiyyətli məlumatlar yayılıb.
Arazpress.com Globalinfo.az-a istinadən xəbər verir ki, “New York Times”ın hərbi müxbiri hücumlar zamanı Qaaninin öldürülmüş ola biləcəyini irəli sürüb. Lakin bu gün Qaaninin sağ olduğunu İsrailə bağlı bəzi kəşfiyyat mənbələri təsdiqləyib.
Bildirilir ki, İsrail son bir-neçə ildə ən azı üç dəfə onun olduğu ehtimal edilən koordinatları vurub. Buna baxmayaraq, Qaani hər dəfə sağ qalıb.
Xatırladaq ki, İsmayıl Qaani 2020-ci ilin yanvarında ABŞ tərəfindən Bağdadda qətlə yetirilən general Qasım Süleymaninin yerinə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) elit “Qüds” briqadasına komandan təyin edilib. Bu briqada İranın regional əməliyyatlarına – xüsusilə Suriya, İraq, Livan və Yəməndəki fəaliyyəti – birbaşa nəzarət edir.
İsmayıl Qaani İranın xaricdəki ən mühüm hərbi əməliyyatlarını koordinasiya edən komandanlardan biridir.
araz.az xəbər portalı.