İsrail ilk dəfə olaraq döyüş şəraitində “Dəmir şüa” lazer hava hücumundan müdafiə sistemindən istifadə etməyə başlayıb

Arazpress.com ölkə.az-a istinadən xəbər verir ki, bunu İsrailin Moskvadakı səfirliyinin nümayəndəsi TASS-a açıqlamasında deyib.

Diplomatın sözlərinə görə, İsrail ilk dəfə döyüş şəraitində İranın raket və PUA-ları ələ keçirmək üçün “Dəmir şüa” lazer hava hücumundan müdafiə sistemindən istifadə etməyə başlayıb.

O, İranla qarşıdurmada bu sistemin döyüş şəraitində ilk dəfə istifadə edildiyinə aydınlıq gətirib:

“Dəmir şüa” sistemi lazer şüasından istifadə etməklə qısa mənzilli raketləri, minaatanları və artilleriya mərmilərini tutmaq üçün nəzərdə tutulub. Onun kiçik PUA-ları da məhv edə biləcəyi gözlənilir”.

araz.az xəbər portalı.