Ötən il elə məktəblər olub ki, onların bir nəfər məzunu belə ali məktəbə qəbul ola bilməyib.

Arazpress.com-un məlumatına görə, Dağlıq Şirvan Regional Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, 2023-cü ildə ali təhsil müəssisələrinə qəbul üçün Ağsu rayon Abbasxanlı kənd tam orta məktəbindən 3 nəfər, Ləngəbiz kənd tam orta məktəbindən isə 1 nəfər sənəd təqdim edib.

Qeyd olunan abituriyentlərin heç biri tələbə adını qazana bilməyib.

araz.az xəbər portalı.