“İran möhkəm dayanacaq və təslim olmaq niyyətində deyil”.

Arazpress.com xarici mediaya istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri Seyid Əli Xamenei xalqa müraciətində deyib. 

Xamenei bu barədə ABŞ Prezidenti Donald Trampın İranı dərhal təslim olmağa çağırışına münasibət bildirərkən danışıb.

Ali Dini lider xüsusi olaraq onu vurğulayıb ki, Tehran ABŞ-nin istənilən hərbi müdaxiləsinə cavab verəcək.

araz.az xəbər portalı.