Ölkənin beş kollecinə yeni direktor təyinatları olub 

Arazpress.com bildirir ki, ölkədə fəaliyyət göstərən beş kollecin direktorunun dəyişməsi barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, müvafiq əmrlərlə Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinə, Masallı Dövlət Regional Kollecinə, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecə, eləcə də UNEC nəzdində Sosial-İqtisadi Kollecə direktor təyinatları olub.

araz.az xəbər portalı.