
Azərbaycanda soyadların milliləşdirilməsi məsələsi zaman-zaman müzakirə mövzusuna çevrilir. Xüsusilə “-ov”, “-yev” kimi sovet dövründən qalan sonluqların dəyişdirilməsi dəstəklənir. Bəs, soyadların milliləşməsi məcburi ola bilərmi?
Arazpress.com bildirir ki, millət vəkili Fazil Mustafa Metbuat.az-a açıqlamasında soyadların milliləşməsi ilə bağlı qanun qəbul olunduğunu deyib. Qeyd edib ki, qanunun müddəalarına əməl edilməlidir:
“Qanuna əsasən, vətəndaşların soyadlarını dəyişmək hüququ var. Ancaq soyad dəyişməsi insanlara məcburi şəkildə tətbiq olunmamalıdır. Bu, şəxsi seçimdir. İnsanların sənədləri, digər hüquqi məsələləri var və bu prosesə məcburən cəlb olunmalarının heç bir məntiqi yoxdur”.
Fazil Mustafanın fikrincə, insanlar milli soyadlara maarifləndirmə yolu ilə yönəlməlidirlər.
araz.az xəbər portalı.