
Abu-Dabidə Azərbayan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşü tarixi fürsət kimi qiymətləndirmək olar. Bu görüş indiyə qədər keçirilmiş müzakirələrin ən əhəmiyyətlisi sayılmaqla, tərəflər arasında sülh etimadının həlledici məqamıdır.
Görüşdə sərhədlərin dəqiqləşdirilməsi və nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası üzrə işçi qrupunun sədrlərinin iştirakı isə sülh paketinin bütün detallarının razılaşdırılmasında, o cümlədən İrəvan və Bakının Zəngəzur dəhlizinin açılmasında qəti iradə ortaya qoymaq niyyətini ifadə edir.
Artıq Bakı və İrəvan arasında inamlı etimad körpüsü bərqərar olmaqdadır. Paşinyanın bir-neçə gün əvvəl Türkiyəyə səfəri və Rəcəb Tayyib Ərdoğanın tövsiyəsinə əsasən, bölgədə rifah və əməkdaşlığa can atması, kommunikativ dialoqlara səy göstərməsi sülh sazişinə daha bir-neçə addım qaldığını söyləməyə əsas verir.
Regionda Azərbaycan — Türkiyə — Ermənistan üçbucağının formalaşması perspektivləri yaranıb və Bakı-Ankara-İrəvan xəttində ehtimal olunan anlaşma, regionda siyasi geocoğrafi mühiti tamamilə dəyişdirir.
Paşinyan bu format qurucluğunda sülh prosesində ona qarşı kənar təzyiqlərin də, demək olar ki, neytrallaşdırılmasına cəhdlər göstərir. Xüsusilə, Fransa ilə yanaşı, son dövrlər getdikcə fəallaşan ruspərəsət qüvvələrin təhriklərinə qarşı Paşinyanın ölkə daxilində mütləq qəti addımlar atması, revanşizmin ideoloqu olan kilsənin təxribatlarını neytrallaşdırıması və sair proseslər də Rusiya və Qərb amili olmadan, İrəvanın birbaşa ikitərəfli formatda sülh sazişinə yaxınlaşmasının akkordları kimi qəbul oluna bilər.
Sözsüz ki, bu reallıqların qurucusu və icraçısı Cənubi Qafqazın sabitlik yaradıcısı və regionun siyasi lideri İlham Əliyevdir. Azərbaycan Prezidentinin sarsılmaz qətiyyəti və dərin siyasi məharəti sayəsində bölgədəki siyasi düzənin yeni situasiyaları qurulur və Ermənistan hakimiyyəti də bunu qəbul edir.
Cənab İlham Əliyev siyasi gedişatların məkan və vaxtını çox dəqiqiliklə müəyyən edir, danışıqların Əbu-Dabidə keçirilmıəsi də, coğrafi koordinasiyanın dəyişməsinə dəlalət etməklə regionun yeni landşaftının Azərbaycan tərəfindən qurulduğunu təsdiqləyir.
Vaqif ABDULLAYEV,
siyasi elmlər doktoru, professor.
araz.az xəbər portalı.