Ukrayna Prezidenti Vladimir Zelenski İtaliyada maraqlı açıqlamalar verib.

Arazpress.com bildirir ki, mia.az bu xəbəri xarici mətbuata istinadən yayıb. Qeyd edib ki, Prezident  Ukraynanın yenidən inşası məqsədi ilə keçirilən konfrans çərçivəsində Romada olmaqda qürur duyduğunu deyib və əlavə edib ki, ölkə liderlərinin Ukraynaya dəstəyini əsla unutmayacaqlar.

Zelenski Rusiyanın ölkəsinə qarşı artan hücumlarının qarşısının almaq üçün hava müdafiə sistemlərinə böyük ehtiyac olduğunu bildirib:

“Sağ olsunlar Almaniya və Norveç liderlərini. Onlar ABŞ-dan bizm üçün ümumilikdə üç “Patriot” hava hücumundan müdafiə sistemi almağa hazırlaşırlar. Mənim özüm də bu yaxınlarda ABŞ Prezidenti Donald Trampla bu mövzuda məhsuldar telefon danışığı apardm. Tramp bu tələbimizə çox konstruktiv və müsbət yanaşır.

Bizim və müttəfiqlərimizin kəşfiyyatında Rusiyanın bu müharibəni uzatmağa davam edəcəyi ilə bağlı tam məlumat var. Rusiya prezidenti Vladimir Putin həqiqi atəşkəsə nail olmaq üçün bütün imkanları rədd edir. O, həqiqi sülh istəmir. Ona görə sanksiyalar  güclənməlidir. Ukraynanın müdafiəsi kifayət qədər güclü olmalıdır”.

araz.az xəbər portalı.