İsrailin İrana hücumu ilə başlayan 12 günlük qarşıdurma atəşkəslə başa çatsa da, İsraildən açıqlamalar gəlməyə davam edir.

Arazpress.com xəbər verir ki, İsrailin müdafiə naziri Yisrael Katz təhdid ediləcəkləri təqdirdə Tehranı yenidən vuracaqlarını bildirib.

“İsraili təhdid etməyə və ya ona zərər verməyə cəhd etsəniz, İsrailin uzun qolu Tehran, Təbriz və İsfahanda sizə çatacaq. Gizlənə biləcəyiniz yer yoxdur. Geri qayıtmalı olsaq, daha böyük güclə geri dönəcəyik”, — Katz deyib. /turkustan.az/

araz.az xəbər portalı.