
İyulun 10-da Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Bakı Beynəlxalq Dəniz Limanında keçirilən “Bakı — 2025” əməliyyat-taktiki təlimində Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi canlı qüvvəsi və xüsusi texnikası ilə təmsil olunub.
Bu barədə Agentliyin Mətbuat Xidmətindən Arazpress.com-a daxil olan məlumatda bildirilir ki, təlim irimiqyaslı fövqəladə hallar zamanı aidiyyəti qurumların qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, xilasetmə əməliyyatlarının koordinasiyası və idarəetmə sisteminin gücləndirilməsi məqsədi ilə keçirilib.
Strateji obyektlərin təhlükəsizliyinin təmin olunması istiqamətində Agentliyin iştirak etdiyi əməliyyat-taktiki təlim uğurla başa çatdırılıb.
araz.az xəbər portalı.