
Əbu-Dabidə Azərbayccan Prezidenti İ. Əliyevlə erməni baş naziri N. Paşinyanın görüşləri Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması və sülh sazişinin imzalanması prosesinə ciddi təkan verəcək.
İlk dəfə idi ki, Ermənistan-Azərbaycan arasında vasitəçisiz olaraq normallaşma məsələsini müzakirə edilirdi və müsbət nəticələr də qazana biliblər. 5 saat davam edən müzakirələrdə tərəfləri maraqlandıran mövzular ələ alınıb və delimitasiya prosesinin sürətləndirilməsi, dəhlizin açılması, nəqliyyat kommunikasiya xətlərinin bərpası, işçi qruplarının fəaliyyətinin sürətlənməsi kimi vacib razılaşmalar əldə edilib.
Arazpress.com bildirir ki, bu sözlər siyasi şərhçi Əli Orucov səsləndirdiyi fikirlərin qısa xülasəsidir. Onun dediklərinə görə, növbəti mərhələlərdə mümkündür ki, Azərbaycanın irəli sürdüyü şərtlərdən biri ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı olsun və nəticədə, birgə sənəd imzalanması baş tutsun:
“Çünki bunu etmək elə də çətin deyil. Ermənistanda Konstitusiya dəyişikliyinə daxili ictimai-siyasi böhran vəziyyətində gediləcəyi və lazımı nəticələrə çatılacağı çətin olduğundan, bunun uzanması 2026-cı il seçkilərindən sonraya saxlanılması istər-istəməz sülh müqaviləsini yubadır.
Həmin vaxtadək iki ölkə arasında həlli mümkün problemləri razılaşdırmaq və gərginliyə səbəb olacaq halların qarşısını almaq vacibdir. Çünki həm Ermənistanın daxilində, həm də xaricində revanşist və destruktiv qüvvələr Azərbaycanla gərginliyə can atır, iki ölkə arasında qızışdırıcılıq etməyə çalışır. Belə qüvvələrə isə qətiyyən imkan vermək olmaz”.
araz.az xəbər portalı.