
“Artıq bir-neçə gündür “Dörd ay əvvəl həbs olunan və hazırda Silivri Həbsxanasında saxlanılan İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğludan yeni xəbər var” mövzulu xəbərlər Türkiyə gündəmini zəbt edib.
Ölkənin bir sıra mətbu nəşrləri və internet mediası da bu xəbərin daha geniş auditoriyada yayılmasında özlərinin marağı olduğunu sərgiləyirlər. Yazırlar ki, guya, onun magistr diplomunun ləğvi ilə bağlı İstanbul Universitetinin Sosial Elmlər İnstitutu qərar verib. Bu, yalan bir xəbərdir və həmin ali məktəbin belə bir qərarı verməkdə marağı da ola bilməz. Yəni, belə bir qərarın verilməsi bu ali məktəbin özünün nüfuzuna ciddi zərbəyə çevrilə bilər”.
Bu sözləri Arazpress.com xəbər portalının əməkdaşına onun Türkiyədəki jurnalist yaxını deyib. Onu da xüsusi olaraq qeyd edib ki, İstanbul Universitetinin Sosial Elmlər İnstitutu belə bir saxtakarlığa heç vaxt getməyib və gedə də bilməz.
“Əkbər İmamoğlunun magistr dərəcəsi ləğv oluna bilməz. Çünki, o, burada qanun çərçivəsində işini görərək başa çatdırıb. Özüm bir jurnalist olaraq bu barədə araşdırma aparmışam. Araşdırmalarımın nəticələri də bunu deyir. Belə ki, 24 iyul 2025-ci il tarixində bu institutda deyilən iclas da keçirilməyib. Nə də ki, ortada, onun magistraturanı bitirmə prosedurlarının etibarsız olduğu barədə verilən qərar da yoxdur. Yalandan bir xəbər də yayırlar ki, guya onun dissertasiyası da silinəcək. Özünüz deyin, belə bir nüfuzlu ali məktəbdə bunu kim edər?”, – türkiyəli həmkarımız söhbətini belə tamamlayıb.
Məhi ELSEVƏR,
araz.az xəbər portalı.