Masallıdakı “İstisu” İstirahət Mərkəzi adlanan ərazidə natəmizlik və özbaşınalıq hökm sürür: Bu barədə sosial şəbəkə istifadəçiləri TtikTok hesablarında paylaşım edir. Arazpress.com bildirir ki, narazılıq bitmək bilmir. Hətta nyus.az saytı da bu yaxınlarda bu barədə yazı dərc edib. 

Sözügədən istirahət mərkəzinin sahibi İldırım Allahyarov Sovetlər birliyi dağılandan az sonra Masallı Rayon Icra Hakimiyyətində başçının birinci müavini vəzifəsində çalışıb. “Sehrli çubuğu” vasitəsi ilə bu vəzifəyə təyinat alan İldırım Allahyarov bu vəzifədə öz mənafeyi naminə istədiyini edib. Onun rəhbərliyi altında sovxozlardakı mal-qaralar, fermalar, texnikalar (kombayn, traktor və s.) satılaraq,  aradan çıxarılıb — dağıdılan əmlak xalqın malı olsa da.

Hazırda İldırım Allahyarov 6 hektar dövlət meşə fondu ərazisini zəbt edib və orada qanunsuz (müqavilə olmadanred.) fəaliyyət göstərir. Bu azmış kimi, demək olar ki, hər il bu zəbtin miqyasını daha da genişləndirir. “İstisu” İstirahət Mərkəzinə gələn yoxlamalar da, sonda İldirimla anlaşa bilirlər. Baxmayaraq ki, öncə İldırımın hədə-qorxusu ilə üzləşirlər. Hətta onlara deyir ki, əgər onun üzərinə nəsə cərimə və s. yazsalar, o zaman üzlərinə burdakı xanımlarından iki nəfər durğuzacaq və onların içəri basdıracaq.

İldırım Allahyarov haqqında belə biabırçı faktlar çoxdur.  Araşdırmamız davam edir və tezliklə geniş yazı oxuya bilərsiniz. Bizi izləyin. 

 

araz.az xəbər portalı.