Rusiya qoşunları Ukraynada irəliləməyə davam edir. Təcavüzkar ordu son sutka ərzində cəbhə bölgəsindəki bir-neçə yaşayış məntəqəsində üstünlük qazanıb.

Arazpress.com xəbər verir ki, Ukrayna — Rusiya cəbhəsini müşahidə edən “DeepState” analitik layihəsinə görə, rus ordusu Donetsk, Zaporojye və Dnepropetrovsk vilayətlərində irəliləyir.

Analitiklərin fikrincə, ruslar Donetsk vilayətində Razino, Aleksandroqrad və Yablonovka yaxınlığında uğur qazanıb, həmçinin Zaporojye vilayətində — Temirovka istiqamətində irəliləyib.

Bundan əlavə, “DeepState” bildirir ki, ruslar Dnepropetrovsk vilayətinin sərhədində nailiyyətlər əldə ediblər. Əsas üstünlük Maliyevka kəndi yaxınlığında qeydə alınıb.

Bundan əvvəl “Reuters” yazmışdı ki, Rusiya qüvvələri Pokrovskın müdafiəsini yarıb və ilk dəfə şəhərə daxil olublar. Analitiklər xəbərdarlıq edirlər ki, Rusiyanın Pokrovskda hətta cüzi irəliləyişi də regionda daha dərin hücuma yol aça bilər. Agentlik bildirir ki, rus qoşunları faktiki olaraq Pokrovskya çatıb.

Həmçinin, Ukrayna hərbçiləri Donetsk vilayətində Pokrovsk və Mirnoqrad yaxınlığında mühasirəyə düşmə riski barədə xəbərdarlıq edir. Media ən azı üç briqadanın riskli vəziyyətdə olduğunu yazır. /Reytinq/

araz.az xəbər portalı.