
Rusiya artıq sovetlərdən miras qalmış silah – sursatının böyük hissəsini Ukrayna müharibəsində istifadə edib və tam tükəndirmək ərəfəsindədir.
Arazpress.com Financial Times-a istinadən xəbəbr verir ki, hal-hazırda Moskva Şimali Koreyadan aktiv şəkildə mərmi və raketlər alır.
Rusiyanın mövcud çətin durumu:
– Sovetdən qalmış artilleriya, raket və atıcı silah ehtiyatları tükənir;
– Rusiyanın daxili silah istehsalı tələbatı qarşılaya bilmir: Kifayət qədər gücü və resursları yoxdur;
– Rusiya Şimali Koreya ilə silah-sursat sifarişi ilə bağlı gizli sövdələşmələr bağlayır və bu tədarüklər cəbhə üçün həyatı əhəmiyyətlidir.
Buradan belə qənaətə gəlmək olar ki, Rusiya xarici tədarüklərdən, xüsusən də KXDR-dən tam asılı vəziyyətə düşüb. Bu o deməkdir ki, Moskva ilə Pxenyanın tərəfdaşlığı artıq cəbhəni saxlamaq üçün zəruri tələbdir.
araz.az xəbər portalı.