
Xalq artisti Arif Babayev dünyasını dəyişib. Arazpress.com-un əldə etdiyi son xəbərə görə, bu barədə Oxu.az-a onun oğlu Yaşar Babayev məlumat verib.
O qeyd edib ki, A.Babayev səhər saat 6-da vəfat edib. Y. Babayev əlavə edib ki, 87 yaşlı Xalq artisti ürək çatışmazlığından dünyasını dəyişib.
Qeyd edək ki, Arif Babayev 1938-ci il fevralın 20-də Ağdamın Sarıhacılı kəndində anadan olub. /oxu.az/
araz.az xəbər portalı.