
Etibarlı mənbəmizin məlumatları əsasında Arazpress.com-un xətti ilə apardığımız ətraflı araşdırmalardan sonra məlum oldu ki, özünü Qubanın qara ləkəsi kimi tanıdan peşəkar fırıldaqçı Alibek (Adil) Kurbanovun törətdiyi qanunsuz əməllər çoxdur. Üzə çıxardığımız ciddi faktlarla bağlı hazırlayıb dərc etdiyimiz yazılarla bu qatı cinayətkarın qaranlıq keçmişini ifşa edə bildik. Yazılarımızda xüsusi olaraq onu vurğuladıq ki, mövcud qanunlarımızın tələblərini saya salmayan Alibek Kurbanov özü kimi mahir fırıldaqçıları özündə birləşdirən çox təhlükəli bir şəbəkəyə başçılıq edir. Bu şəbəkədə adı öndə duranlar isə, Alibekin öz törəmələridir. Hətta onlar öz çirkin əməlləri ilə atanı geridə qoymağı da bacarıblar.
Yuxarıda qeyd olunanları təsdiq edən, əvvəlki yazılarımızın birindən götürülən və şok yaradan bir misal: Bu fırıldaqçı şəbəkənin ən təhlükəli qolu paytaxt Bakının mərkəzindəki bir tibb müəssisəsində gizlənir. “Sükanı” isə Alibekın 3 soyad (Məmmədyarova, Kurbanova, Süleymanova) daşıyıcısı olan qızı Sevdanın əlindədir. Araşdırmaların son nəticəsi deyir ki, atanın bu qızı dəhşət doğuran tibbi saxtakarlıqlarla məşğuldur. Podoloq maskası altında ailələrin qəniminə çevrilib. Atası tərəfindən xüsusi manipulyasiya üsulları ilə yetişdirilən “vərəsə” kimi bu gün insanların həm sağlamlığını, həm də ailə büdcələrini hədəfə alıb.
Xatırladaq ki, bu şəxs paytaxtdakı Məmməd Araz küçəsi, 47 ünvanında yerləşən “Pediatriya — 2” klinikasında sadəcə qeydiyyatçı kimi rəsmiləşib. Amma stomatologiya şöbəsində, həkimlərin arasında özünə qanunsuz “podoloq” otağı düzəldə bilib. Konkret desək, Kurbanovlar klanındakı bu şəxs də haram pul xatirinə çoxsaylı maliyyə fırıldaqlarından tutmuş, “tibbi terrora” qədər hər cür iyrəncliyə əl atıb. Baxmayaraq ki, ali tibbi təhsili olmadan insanların sağlamlığı ilə oynayan, eyni zamanda, onların ailə sirlərinə bələd olub, həyatlarını məhv edən belə birisinin fəaliyyəti çoxdan ölkənin hüquq-mühafizə orqanlarının diqqətində olmalıydı.
Bu yazımız başqa mövzudadır deyə, uzunçuluq edib oxucularımızın qiymətli vaxtlarını almaq istəmədik və əvvəlki yazılarımızın linkini sonda onların diqqətinə çatdırmağı lazım bildik — vaxtları olanda oxumaları üçün.
Bu yerdə əsas mövzuya keçib, öncə onu qeyd etmək istəyirik ki, Alibek Kurbanovun “mənəviyyat” maskası illər öncə bir sıra media vasitəsində dərc olunan çoxsaylı yazılara, üstəlik Rusiyada yayımlanan “Pust Qovoryat” (“Пусть говорят”) və Azərbaycanda yayımlanan “Səni Axtarıram” kimi nüfuzlu televiziya verilişlərinə aid şok faktların “ağırlığı” altında da darmadağın olub. Nüfuzlu mətbuat vasitələrinin manşetində oxucuların “gözünə girən” bu əsas yazılarda onun qanunsuz əməlləri barəsində nələr deyilməyib?!

Həmin yazıların bir-neçəsinin linkini diqqətinizə çatdırırıq:
https://qafqazinfo.az/news/detail/abbas-abbasov-marinanin-usaqlarini-azerbaycanli-atasindan-geri-aldi-foto-66116;
https://musavat.com/news/abbas-abbasov-aldadilmis-rus-qadinin-usaqlarini-qaytarilmasina-komek-edib_176112.html;
https://oxu.az/ru/obshestvo/ocherednaya-antiazerbaydzhanskaya-propaganda-v-efire-pervogo-kanala-video;
https://mia.az/w100947/abbas-abbasov-2-ushagi-anasina-qaytardi;
https://haqqin.az/news/14655;
https://1news.az/news/20131226020350844-Istoriya-azerbaidzhantsa-i-rossiyanki-rasskazannaya-v-efire-programmy-Andreya-Malakhova-Pust-govoryat-zakonchilas-kheppi-endom;
https://aze.az/news_marina_bezzubova_osobaya_100518.html;
https://www.aznews.az/news/cemiyyet/45021.html;
https://1news.az/news/20131029101209413-Geroinya-peredachi-Pust-govoryat-Moi-muzh-Alibek-uvez-menya-v-Baku-gde-ego-pervaya-zhena-predlozhila-nam-byt-vtroem-VIDEO;
https://saransk.bezformata.com/listnews/astahov-pomog-urozhenke-mordovii/16604803/;
https://vk.com/wall-38801259_4687;
https://saransk.bezformata.com/listnews/mersi-baku/15371071/)
Lakin barəsində indiyədək qanun çərçivəsində ölçü götürülməyib. Buna səbəb kimi isə o göstərilir ki, guya, bu qatı cinayətkarı yaxını olan nüfuz sahibi bir general hər cür təhlükədən qoruya bilir.
Bir sözlə, deyilən deyilir, yazılan yazılır, amma… Bizsə, 2013-cü ildə ölkənin bir sıra nüfuzlu mətbuat orqanlarında Alibek Kurbanovun iyrənc əməlləri barəsində dərc olunan yazıların linkini dəyərli oxucularımızın diqqətinə çatdırırıq — Artıq nəticəsini özlərinin çıxarmalarının vaxtı çatdığına görə.
Bir daha qeyd edirik ki, Alibek Kurbanovun qurduğu cinayət ssenarili oyunlar bu gün də təkrar olunur. Yenə onun davranışlarında eyni manipulyasiya üsulları, eyni ittiham formaları və ailədaxili qarşıdurmanı qızışdırmağa yönəlmiş planlı yanaşma hökm sürür. Yəni, bu, təsadüfi deyil, illərlə davam edən, ailələri öz təsirinə salmaq və zəiflətmək məqsədilə istifadə edilən manipulyativ modeldir. Bax, maddi ovçuluq, üstəlik, kurbanovların şöhrət hərisliyi budur.
Sonda, Arazpress.com olaraq bildiririk ki, Qubanın adında qara ləkəyə çevrilən Alibek Kurbanovun başçılıq etdiyi cinayətkar şəbəkənin bəd əməlləri ilə bağlı jurnalist araşdırmalarımızı davam etdiririk. Yazılarımızı izləyin.
Məhi ELSEVƏR





REDAKTORDAN:
Arazpress.com-un bu mövzuda dərc etdiyi əvvəlki yazılarının linkləri bunlardır:
Kurbanovlar klanı: Maliyyə fırıldaqlarından “tibbi terrora” qədər — YENİ ŞOK DETALLAR
araz.az xəbər portalı.